Dərc edildi: Baxış sayı: 715
Şahzadə 450 milyona aldığı əsəri yaxtasından asdı
Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsəri “Luvr” muzeyinin Səudiyyə Ərəbistanı filialından yoxa çıxmışdı.
“Ölkə.Az” xəbər veirr ki, əsər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yaxtasında tapılıb.
Bu barədə əsərin satışının təşkilində iştirak edən “Artnet” portalındakı mənbələr məlumat yayıb. Əsər 2017-ci ildə hərracda bir kolleksionerə 450 milyon dollara satılıb.
“New York Times”ın xəbərinə əsasən, rəsm əsərini Salmanın dostu, Səudiyyə şahzadəsi Bədr ben Abdulla ben Muhammed ben Farhan Əl Səud alıb. Sonradan isə “Christieʼs” hərrac evi məlumat yayıb ki, əsəri Əbu-Dabinin mədəniyyət və turizm departamenti alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət