Dərc edildi: Baxış sayı: 406
Şahnigar xanım - Ey dəriğa kim, o şahın məh camalın görmədim
Ey dәriğa kim, o şahın mәh camalın görmәdim,
Üz sürüb dәrgahına, ruxsari-alın görmәdim.
Ötmәdim kuyindә hәr şәb ta sәhәr bülbül kimi,
Yetmәdim mәqsudә bir dәm, gül vüsalın görmәdim.
Dәsti-pakın bus edib, hәm hәr tәrәf "hu-hu" deyә,
Seyr edәn sәrmәsti-rindi-laübalın görmәdim.
Ey dәriğa kim, o mahın hәlqeyi-üşşaqdә
Seyri-çalakın, vücudi-bimisalın görmәdim.
Ey dәriğa, dәrgәhindә aşiqi-şeydasının
Xub avazın, dәxi şirin mәqalın görmәdim.
Әfv qıl, ya rәbbәna, hәr dәm dili-divanәmi
Cürmü üsyan ilә gördüm, yaxşı halın görmәdim.
Dәr cahan, әlhәmdülillәh, xәsteyi-Rәncurәnin
Mәdhi-şahından sәvayi bir kәmalın görmәdim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət