Dərc edildi: Baxış sayı: 433
Şahmat üzrə dünya çempionatı: Azərbaycan komandası sonuncu turda Misir yığması ilə qarşılaşacaq
Martın 14-də Astanada kişi şahmatçılar arasında komandalararası dünya çempionatının doqquzuncu - sonuncu turu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi bu turda çempionatın autsayderi Misir komandası ilə üz-üzə gələcək.
Səkkiz turdan sonra komandamız 6 xal toplayıb. Çempionata 14 xalla Rusiya şahmatçıları liderlik edirlər. İngiltərə millisinin 11, Çinin 10, ABŞ-ın 9, İranın 8, Qazaxıstan və İsveçin 4, Misirin isə 3 xalı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət