Dərc edildi: Baxış sayı: 470
Sahil Babayevdən yeni - Təyinat
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.
Oxu.Az xəbər verir ki, nazirin müvafiq əmri ilə Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.
O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov xəbəri Oxu.Az-a təsdiqləyib.
Qeyd edək ki, Fuad Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət