Slimfit
  1. SİYASƏT

"Sahibkarlar, investorlar bilirlər ki, dövlət onların arxasındadır" - İlham Əliyev

"Sahibkarlar, investorlar bilirlər ki, dövlət onların arxasındadır" - İlham Əliyev
Sakura

"Sahibkarlar, investorlar bilirlər ki, dövlət onların arxasındadır" - İlham Əliyev

"Mən birinci dəfə burada 2012-ci ildə olmuşam. O vaxt biz aqroparkın yaradılmasının birinci mərhələsini qeyd edirdik. Ondan sonra 2016-cı ildə bu gün burada tanış olduğum müəssisənin təməl daşı qoyulmuşdur və bu gün - 2020-ci ildə yenə də buradayam. Şadam ki, bu aqropark bu gün Azərbaycanın kənd təsərrüfatı və emal sahəsində çox önəmli rol oynayan böyük bir müəssisədir. Bu da təbiidir. Çünki Azərbaycanda sahibkarlar, investorlar üçün çox gözəl şərait yaradılıb. Onlar bilirlər ki, dövlət onların arxasındadır".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: "Bilirlər ki, Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək və investorlar üçün əsas məsələlər bunlardır. Hər bir investor - istər xarici olsun, istər daxili olsun, öz investisiyalarını planlaşdıranda mütləq bu amilləri nəzərə alır. Bir çox xarici investorlarla görüşlər əsnasında onların mənə bildirdikləri əsas fikir o idi ki, Azərbaycanda sabitlik var. Bu sabitliyin artıq 27 yaşı var və bundan sonra da ölkənin uğurlu inkişafı heç kimdə şübhə doğurmur.

Bundan əlavə, mövcud olan infrastruktur. Əgər indiyədək dövlət tərəfindən bölgələrdə infrastruktur layihələri icra edilməsəydi, yəqin ki, investorlar da investisiyaları üçün başqa yerlər axtaracaqdılar. Ağstafa rayonunda bu sahədə çox böyük işlər görülüb. Bu gün yeni yarımstansiyanın açılışında mənə məlumat verildi ki, indi Ağstafa rayonunun enerji təchizatı 20 meqavat ətrafındadır, ancaq potensial iki dəfə bundan böyükdür. Yəni, iki dəfə bundan artıq sənaye müəssisələrinin, digər obyektlərin yaradılması artıq mövcud enerji gücləri ilə təmin ediləcək. Əlbəttə ki, enerji təminatının yaxşı səviyyədə olması biznes üçün vacib şərtlərdən biridir. Bildirməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR