Slimfit
  1. İQTİSADİYYAT

Sahibkarlar dörd qrupa bölündü - Mühüm qərar

Sahibkarlar dörd qrupa bölündü - Mühüm qərar
Sakura

Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq…

Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib.

Oxu.Az xəbər verir ki, 2019-cu ildən Azərbaycanda sahibkarlar dörd kateqoriyaya bölünəcəklər. 

Meyarlara görə, işçilərinin sayı 10 nəfərə, illik dövriyyəsi 200 min manata qədər olan sahibkarlar mikro sahibkarlardır. Kiçik sahibkarlar 11-15 işçisi olan və 3 milyon manatadək dövriyyəsi olanlardır. 51 - 250 işçi qüvvəsi ilə çalışan və illik dövriyyəsi 3-30 milyon manat olanlar orta sahibkarlar hesab olunurlar. İri sahibkar isə 251 və ondan yuxarı işçi sayına və 30 milyon manat illik dövriyyəyə malik olanlardır. 

Qeydlərə görə: 

1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin, satışdankənar gəlirlər aid edilir.

2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən bir il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

Vergilər Nazirliyinə tapşırılıb ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR