Sahibə Qafarova: "Bu səfər Rusiya ilə münasibətlərimizin inkişafına töhfə olacaq"
“Azərbaycanla Rusiya arasında mövcud münasibətlər dövlətlərimizin başçıları tərəfindən aparılan fəal siyasi dialoqun məntiqi nəticəsidir”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Məclisinin Sədri Sahibə Qafarova Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü zamanı deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı dostluq münasibətləri, şübhəsiz ki, iki ölkə arasında strateji tərəfdaşlığın təməlidir”, - deyən spiker Moskvaya səfərlə bağlı dəvət üçün də təşəkkür edib: “Bugünkü görüşümüzün də, bütövlükdə rəsmi səfərin də ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əmin olduğumu bildirmək istərdim”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət