Slimfit
  1. İQTİSADİYYAT

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib
Sakura

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün press-tur təşkil olunub.

"Report" xəbər verir ki, press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.

Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.

Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

Ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.

Mərkəzin rəhbəri Rodderich Lefflerin məlumatına görə bu il "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayında 5%-dək artımın olması gözlənilir: "Bizim üçün qonaqların təhlükəsizliyi prioritet məsələdir. Bütün komandamız mövsümün açılışına qədər intensiv təlimlər keçib. Həmçinin kompleksin ərazisində 7 gün 24 saat ərzində fəaliyyət göstərən klinikamız var. Burada nəinki ilkin yardım göstərmək, hətta cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Onu da qeyd edim ki, qonaqlarımız kompleksin ərazisində istifadə etmək üçün əldə etdikləri keçid kartları həm də onların sığortalanması deməkdir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR