Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Kuyin sənin ki, rozeyi-darüssəlamdır

Şah İsmayıl Xətai - Kuyin sənin ki, rozeyi-darüssəlamdır
Sakura

Şah İsmayıl Xətai - Kuyin sənin ki, rozeyi-darüssəlamdır

Kuyin sǝnin ki, rozeyi-darüssǝlamdir,
Mehrab qaşların ona, çeşmin imamdir.

Heç bilmǝzǝm bu dünyada ǝyyami-ruzigar,
Ruy ilǝ zülfiniz mǝnǝ sübh ilǝ şamdir.

Bǝdnam qılma könlümi, aşiq deyib, hǝsud,
Alǝmdǝ eşq adı belǝ nik namdir.

Yar mǝclisindǝ badǝvü cam istǝmǝn müdam,
Kim gǝrdǝni sürahi, onun lǝli camdir,

Mǝn eylǝmǝ Xǝtai kǝlamini, ey rǝqib,
Yaz dǝftǝrinǝ sözlǝri nǝzmü nizamdir.

Göydǝki mahin liqasi dust didarındadır,
Afitabın yüzü ol xurşid rüxsarındadır.

Vǝsl-ümidinǝ gǝzǝr, miskin könül olmaz hǝlak,
Yoxsa çox hicran bǝlası çeşmi-bimarındadır.

Ahu tǝk aşiqlǝrin könlün neçün seyd etmǝsün,
Ol qǝdǝr kirpük oxu kim çeşmi-xunxarındadır.

Aqibǝt tufan qopar, bir gün cahanı qǝrq edǝr,
Seyli-baran kim, bu aşiq çeşmi-xunbarındadır.

Bu Xǝtai şerinǝ münkir nǝdǝnsǝn, zahida?
Atǝşi-eşqin nişanı odlu göftarındadır!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR