Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - I İsmayılın Xanəhməd bağının bağışlanması haqqında hökmü

Şah İsmayıl Xətai - I İsmayılın Xanəhməd bağının bağışlanması haqqında hökmü
Sakura

Şah İsmayıl Xətai - I İsmayılın Xanəhməd bağının bağışlanması haqqında hökmü

O, pak Allahdır.

Mehriban və bağışlayan Allahın adı ilə [Möhür:] Əli və onun övladlarına olan məhəbbət ruh kimi mənim bədənimdədir. Heydər oğlu İsmayıl şahimərdanın [Əlinin] quludur.

Hökm Allahıdır.

Qalibliyin atası İsmayıl Bahadur sözümüz

Bu vaxt qərar buyurduq ki, hökmdarlıq məkanı Təbrizdə yerləşən və ardıcıl olaraq seyidlik və dinin cəlalı, abalığın panəhı, səadətin kəsəri, qardaşlıq məhəbbəti bəslədiyim Seyid Süleyman mirzənin sərəncamında olmuş Xanəhməd bağını həmin qayda ilə ona aid bilsinlər və onun vəkillərinin sərəncamına ver-sinlər. Ayrı bir adam oraya dəxalət etməsin. Qeyd olunan hökmdarlıq məkanın darğası, kələntərləri və divan işlərinə baxan rütbəli qulluqçuları yazılmış qayda ilə qərar verildiyini bilsinlər. Hakimiyyətin pənahı, hamının atalığı, dövlət və iqbalın münsifi alicənab Hüseyn bəy Lələ sərəncam verdiyi təqdirdə bu işə heç bir adama qarışmaq fürsəti verməsinlər. Buyuruqdan kənara çıxmasınlar və özlərini vəzifədar bilsinlər. İndicə onların yiyəliyinə versinlər və [oranın] ətrafına dolanmasınlar.

Yüksək qeyd. Yazıldı 914-cü il səfər ayının 15-də.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR