Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Dilbəra, hüsnini sane afitab etmiş durur

Şah İsmayıl Xətai - Dilbəra, hüsnini sane afitab etmiş durur
Sakura

Şah İsmayıl Xətai - Dilbəra, hüsnini sane afitab etmiş durur

Dilbǝra, hüsnini sane afitab etmiş durur,
Bilmǝzǝm neçün gözümdǝn dǝr hicab etmiş durur.

Gǝl, xumarǝm, yaz mǝni vǝslin meyindǝn, ey pǝri.
Şol şǝrabın hǝsrǝti bağrım kǝbab etmiş durur,

Ta yaman göz dǝymǝyǝ, ey mah, hüsnin bağına,
Hǝqtaala zülfini pǝrri-ğürab etmiş durur.

Hafizi-Quran tǝki, aşiqlǝr ǝzbǝr qılmağa,
Hǝq cǝmalın ayǝti ümmülkitab etmiş durur.

Ğǝm yemǝn könlüm ki, mǝskǝn buldu eşqin küncini,
Gǝrçi ol viranǝyi hicrin xǝrab etmiş durur.

Ey mǝhi-namehriban, sorma Xǝtai halını,
Firqǝtin ol xǝstǝyi tǝhti-turab etmiş durur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR