Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Baharın gəldiyin nədən biləyim

Şah İsmayıl Xətai - Baharın gəldiyin nədən biləyim
Sakura

Şah İsmayıl Xətai - Baharın gəldiyin nədən biləyim

Baharın gəldiyin nədən biləyim,
Gül dikəndə bitər, bülbül daldadır. 
Əyyubun tənində iki qurd qaldı,
Biri ipək sarar, biri baldadır.

Könlünə gətirmə şəkk ilə güman, 
Seyid Nəsimiyə de, ol oldu şan.
Tann ile minbir kəlam söyləşən,
Əli Mədinədə, Musa Turdadır.

Şəriət yolunu Məhəmməd açdı, 
Təriqət gülünü Şah Əli seçdi.
Şu dünyadan neçə yüz min ər keçdi, 
Onlar ittifaqda, Mehdi yoldadır.

Adəmin, Hatəmin zat-i Fəzlullah, 
Əşyayi qərq etmiş bu bir sirrullah. 
Şahənşahi-qütbi-aləm zillullah, 
Qüdıət-i nəzəri mömin quldadır.

Şah Xətai aydır: sinini yayma,
Qıla gör namazın qəzayə qoyma,
Şu yalan dünyada heç sağam deymə, 
Tənin tənaşirdə, sirrin saldadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR