Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Aşiq isən gəl bərü, kim, cani-canan məndədir

Şah İsmayıl Xətai - Aşiq isən gəl bərü, kim, cani-canan məndədir
Sakura

Şah İsmayıl Xətai - Aşiq isən gəl bərü, kim, cani-canan məndədir

Aşiq isǝn gǝl bǝrü, kim, cani-canan mǝndǝdir,
Zahida, sǝn xandasan, kim, nuri-iman mǝndǝdir.

Mǝndǝdir yer ilǝ göyin hikmǝti, hǝm qüdrǝti,
Abu atǝş, xakü badü cümlǝ ǝrkan mǝndǝdir.

Hǝqtala dörd kitabı göydǝn endirdi yerǝ,
Mǝn onu istǝmǝzǝm, çün külli-fürqan mǝndǝdir.

Katiba, ağu qǝrayǝ baxma sǝni azdırur,
Aç qulaq, dinlǝ sözüm, avazi-quran mǝndǝdir.

Pǝhlǝvanlar, çün cahanda Rüstǝmi-3al olmuşam,
Hǝm Sikǝndǝr hikmǝti, hökmi-Süleyman mǝndǝdir.

Əyyuba çǝkdirdi çox dǝrdü bǝlavü möhnǝti,
Gǝl mǝni istǝş, verǝyim dǝrdǝ dǝrman mǝndǝdir.

Yǝqubi gör, zarü giryan Yusifi-Kǝnan üçün,
Piri-künci-xǝlvǝtǝm, uş, Misri-sultan mǝndǝdir.

Şahi-Mǝrdanın-Əlinin aliyǝm, övladiyǝm,
Zülfüqarü tacü Düldül, uç nişanı mǝndǝdir.

Açarım dini-Mǝhǝmmǝd, mǝzhǝbi-Cǝfǝr yǝqin,
La fǝta illa Əli, bu sirri-pünhan mǝndǝdir.

Mǝn şǝha bu canımı sidqilǝ qurban qılmışam,
Gǝr qǝbul qılsa vilayǝt, eydi-qurban mǝndǝdir.

Çün Xǝtaiyǝm şahın vǝsfinyi daim söylǝrǝm,
Eşqilǝ bel bağlaram, dǝftǝrlǝ divan mǝndǝdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR