Sağlamlıq imkanları məhdud gənclərin Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri sərgilənib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi Xocalıya həsr olunan rəsm əsərlərini təqdim edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, rəsmlər Milli Azərbaycan Tarixi Muzeyinin Xocalı soyqrırımına həsr etdiyi “Xocalısız 27 il” adlı tədbiri çərçivəsində sərgilənib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr etdirilən, Mərkəzin 50-dən çox istedadlı yetirməsi olan gənclər və əsərləri barədə məlumatların da yer aldığı “Əlillik qüsur deyil” adlı kitab-albomu muzeyə təqdim edilib. Azərbaycan və ingilis dillərində çap olunan nəşrdə boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanlardan, ilk inklüziv teatr olan ƏSA-nın yaradıcı heyətinin uğurlarından da bəhs olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət