Slimfit
  1. DÜNYA

Sağlam ana koronaviruslu körpə dünyaya gətirib

Sağlam ana koronaviruslu körpə dünyaya gətirib
Sakura

Sağlam ana koronaviruslu körpə dünyaya gətirib

Həkimlər körpənin virusa ana bətnində yoluxduğunu güman edirlər

Çində yeni doğulmuş uşağa doğuşdan cəmi 30 saat sonra koronavirus diaqnozu qoyulub. AYNA xarici mediaya istinadən xəbər verir ki, uşaq, virusun mərkəzi olan Vuhan şəhərində dünyaya gəlib.

Maraqlısı odur ki, 3,25 kq çəkisi olan körpənin anası doğuşdan əvvəl test edilib və o, sağlam olub. Hələlik yeni doğulmuşun körpənin virusa necə yoluxduğu tam məlum deyil. Həkimlər körpənin virusa ana bətnində yoluxduğunu güman edirlər.

Məlumatda bildirilir ki, hazırda Çində virisdan ölənlərin sayı 563-ə çatıb. 28018 nəfərdə yoluxma qeydə alınıb, 24702 nəfər şübhəli var, 186354 nəfər isə tibbi nəzarətdə saxlanılır. Xəstəxanalarda 1153 nəfər müalicə alır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR