Slimfit
  1. CƏMİYYƏT

Şagirdlərin çantasını yüngülləşdirən üsul: Elektron dərslik

Şagirdlərin çantasını yüngülləşdirən üsul: Elektron dərslik
Sakura

Şagirdlərin çantasını yüngülləşdirən üsul: Elektron dərslik

Keçmişdə “Sehirli xalat” filmində izlədiyimiz kimi indi asanlıqla dərslikləri oxumaq mümkündür. Bu məqsədlə elektron dərsliklər yaradılır və şagirdlərin ixtiyarına verilir. Elektron dərs sistemi hələ ki ölkəmizdə geniş tətbiq olunmasa da, bu dərsliklərin yaradılması üçün addım atılıb.
 
Təhsil Nazirliyində hazırlanan elektron dərslik portalında artıq 231 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 255 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı isə 27-yə çatdırılıb.
 
 
Nazirlikdən verilən məlumata görə, hazırda məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 7-si olmaqla ümumilikdə 22 dərslik yeniləri ilə əvəzlənib.
 
Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.
 
Ümumiyyətlə elektron dərslik şagirdlər üçün nə qədər əhəmiyyətlidir?
 
Elektron dərsliklərin mənfi və müsbət tərəfləri ilə bağlı təhsil eksperti Kamran Əsədov Lent.az -a açıqlama verib. O bildirib ki, şagirdlərin çantasını yüngülləşdirməyin digər yolu elektron dərsliklərdən istifadə etməkdir: “Xarici ölkələrdə uzun illərdir elektron dərslik məktəb ləvazimatlarının ayrılmaz bir hissəsidir. Hər bir məktəbli üçün elektron dərslik həm zəruridir, həm də vacibdir. Lakin danılmazdır ki, texnologiya inkişaf etdikcə, əlbəttə, üsullar da çoxalır. İndi isə adi öyrəşdiyimiz dərsliyin yerini elektron dərslik tutmaq üzrədir. Vacib bir məqamı qeyd edim: artıq elektron dərslik dünyanın bir neçə ölkəsində istifadə edilir. Avstraliyada, ABŞ-da, Kanadada və bir çox Avropa ölkələrində təhsil sistemində elektron dərslik tətbiq edilir. Elektron dərsliyin köməyi ilə valideynlər uşaqlarının ağır çanta danışmaqla yaranan onurğa əyriliyi, skerloz kimi xəstəliklərindən azad olmasını izləyə, onların dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə, yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər. Elektron dərslik sistemində valideynlərin müəllimlər və müdiriyyətlə online danışıqlar aparması da mümkündür”.
 
Ekspert bildirib ki, əvvəllər gündəlik uşaqların təhsili haqqında valideynə məlumat verən yeganə effektiv üsul idi: “Texnologiya inkişaf etdikcə, əlbəttə, üsullar da çoxalır. İndi isə adi öyrəşdiyimiz dərsliyin yerini elektron dərslik tutmaq üzrədir”.
 
K.Əsədovun sözlərinə görə, elektron dərsliyin köməyi ilə valideynlər uşaqlarının dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə, yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər: “Elektron dərslik sistemində valideynlərin müəllimlər və müdiriyyətlə online danışıqlar aparması da mümkündür. Şagird haqqında bütün məlumatlar valideynlərə göndərilir. Valideynlər mobil telefonlarından (sms-xəbərlər şəklində), elektron-poçtdan və ya məktəbin internet ünvanından övladlarının təhsili haqqında məlumat ala bilirlər. Elektron dərsliklərdən istifadə şagirdlərin də psixologiyasına təsir edir. Uşaqda məsuliyyət yaradır, çünki o dərs prosesinin açıqlığını başa düşür. Nəticədə şagird öz vaxtında məşğələlərə gəlir və daha diqqətli olur. Ümumiyyətlə, işgüzarlığı yüksəldir. Yaxşı oxuyan uşaqlar üçün elektron dərslik qorxulu deyil. Halbuki, bəziləri bunun gözə ziyanlı olduğunu qeyd edir. Hesab edirəm ki, şagirdlər üçün elektron dərslik heç bir təhlükə yaratmır. Ancaq zəif oxuyan uşaqlar qorxurlar ki, valideynlər onların təhsili haqqında hər şeyi biləcəklər və heç nəyi gizlətmək mümkün olmayacaq”.
 
Ekspert qeyd edib ki, Azərbaycanda bu sistemin tətbiq edilməsi gecikir: “Bu tipli yeniliklərin tətbiq olunması təhsilin inkişafına müsbət təsir göstərən amillərdəndir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR