Slimfit
  1. CƏMİYYƏT

Şagirdlər arasında “20 Yanvar”la bağlı bilik yarışı keçirildi

Şagirdlər arasında “20 Yanvar”la bağlı bilik yarışı keçirildi
Sakura

Şagirdlər arasında “20 Yanvar”la bağlı bilik yarışı keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi” mövzusunda bilik yarışı keçirilib.

Modern.az xəbər verir ki, bilik yarışında 75, 142, 155, 198 və 209 nömrəli tam orta məktəblərin V sinif şagirdləri iştirak ediblər.

Yarış istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, həmçinin vətənpərvərlik hisslərini daha da möhkəmləndirmək, tarixi hadisələrə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək məqsədlərinə xidmət edir.

Bilik yarışının nəticələrinə əsasən 155 nömrəli tam orta məktəbin komandası I, 198 nömrəli tam orta məktəbin komandası II, 75 nömrəli tam orta məktəbin komandası III yeri tutublar. 209 və 142 nömrəli tam orta məktəblərin komandaları isə həvəsləndirici yerə layiq görülüblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR