Slimfit
  1. MEDİA

“SAF” - İsveç-Azərbaycan Birliyi iki dövlət arasında mədəni əlaqələrin inkişafına xidmət edir

“SAF” - İsveç-Azərbaycan Birliyi iki dövlət arasında mədəni əlaqələrin inkişafına xidmət edir
Sakura

“SAF” - İsveç-Azərbaycan Birliyi iki dövlət arasında mədəni əlaqələrin inkişafına xidmət edir

“SAF” - İsveç-Azərbaycan Birliyi iki dövlət arasında mədəni əlaqələrin inkişafına xidmət edir

Son illər Azərbaycan və İsveç arasında iqtisadi və mədəni sahələrdə əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Mədəni sahədə İsveçdəki Azərbaycan diasporunun daha da fəallaşmasında xüsusi rol oynayan təşkilatlardan biri də 2017-ci ilin fevral ayında yaradılmış və İsveç hökumətində rəsmi olaraq qeydiyyatdan keçmiş “SAF” - İsveç-Azərbaycan Birliyidir. İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən təşkilatın əsas məqsədi qürbətdə olan azərbaycanlıların bir araya gətirilməsi, onlar arasında birlik və həmrəylik ideyalarının təşviq edilməsi, milli adət-ənənələrimizin qorunub yaşadılması, Azərbaycanın, onun qədim tarixinin, zəngin mədəniyyətinin və çoxəsrlik musiqi sənətinin İsveçdə təbliğ olunması, bu ölkəyə miqrasiya etmiş həmvətənlərimizin dil və adaptasiya probleminin həlli, eləcə də İsveç cəmiyyətinə inteqrasiya olunmanı asanlaşdırmaq və sürətləndirmək üçün istənilən sahədə hüquqi məsləhətlərin verilməsi və müvafiq sənədlərin hazırlanması, Azərbaycan həqiqətlərinin İsveç və dünya ictimaiyyətinə çatdırılması və s. istiqamətlərdə dəstək göstərilməsidir.

Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin üzv ola biləcəyi “SAF” - İsveç-Azərbaycan Birliyi fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkənin ictimai və mədəni həyatına inteqrasiya etmiş, İsveçdə məskunlaşmış soydaşlarımız arasında Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması ilə əlaqədar bir sıra əhəmiyyətli işlər həyata keçirmişdir.

Birliyin təşkilatçılığı ilə hər il İsveçdə Azərbaycan tarixində iz qoymuş önəmli günlərin qeyd edilməsi ilə bağlı tədbirlər keçirilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, Zəfər günü və digər bayramlarla yanaşı, 20 Yanvar – Ümumxalq Hüzn Günü, Xocalı soyqırımının ildönümü, anım günləri kimi kədərli tarixi hadisələr də qeyd edilir. İsveç və dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri çatdırılır, müvafiq nümayişlər, mitinqlər təşkil olunur, zəruri məlumatları əks etdirən broşürlər paylanılır. Bununla yanaşı, hər il Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri, mətbəxi, milli geyimləri və musiqisinin layiqincə tanıdılması məqsədilə müvafiq sərgilər, seminarlar, kitab təqdimatları, isveçlilər və digər millətlərin Stokholmda fəaliyyət göstərən cəmiyyətləri ilə görüşlər də təşkil olunur, ölkəmiz beynəlxalq aləmdə müxtəlif istiqamətlər üzrə təmsil edilir.

Qeyd etmək lazımdır ki, 2018-ci ilin sentyabr ayının 1-də İsveçdə yaşayan həmyerlilərimiz üçün “SAF”ın nəzdində Qarabağ məktəbi açılmışdır. Məktəbin yaradılmasında məqsəd azərbaycanlı uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətini tədris etməklə yanaşı, ölkəmizlə bağlı həqiqətləri də aşılamaqdır. Tədris prosesində məktəblilər üçün hazırlanmış xüsusi dərsliklərdən istifadə olunur. Şagirdlərin səmərəli vaxt keçirməsi məqsədilə onların mədəni-maarifləndirici panellərdə iştirakı, ölkəmizin dilbər guşələrinə səyahəti, muzeylərə səfəri nəzərdə tutulur. Həmin ilin may ayında isə “Qarabağ” milli rəqs qrupu yaradılmışdır. Uşaqlardan ibarət milli rəqs qrupu müxtəlif ölkələrin mədəniyyətlərinin nümayiş olunduğu beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.

44 günlük Vətən müharibəsi dövründə “SAF” - İsveç-Azərbaycan Birliyi xüsusi fəallıq göstərmiş, xaricdəki soydaşlarımızın siyasi baxışı və çalışdığı qurumdan asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərməsinə kömək etmiş, İsveç və dünya ictimaiyyətinin Azərbaycan gerçəklikləri ilə bağlı məlumatlandırılmasında da böyük mütəşəkkillik ortaya qoymuşdur. Qurum tərəfindən İsveç hökuməti və parlamentinə, ictimai təşkilatlarına baş verən hadisələrə siyasi qiymət verilməsi tələbi ilə müraciətlər ünvanlanmış, müvafiq nümayişlər, mitinqlər, eləcə də Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə intensiv raket hücumları zamanı həyatını itirmiş mülki həmvətənlərimizin əziz xatirəsinə həsr edilmiş anım tədbirləri təşkil olunmuşdur.

İki dövlət arasında mədəni əlaqələrin inkişafına xidmət edən “SAF” - İsveç-Azərbaycan Birliyinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi, Türkiyənin İsveçdəki Səfirliyi, “Sensus”, “Medborgarskolan”, “Folk i Skärholmen”, “Stockholm stad” və digər İsveç qurumları ilə sıx əməkdaşlıq əlaqələri uğurla davam etdirilir, müxtəlif istiqamətlər üzrə birgə tədbirlər təşkil olunur.

Sevda Dadaşova, “SAF” - İsveç-Azərbaycan Birliyinin rəhbəri 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR