Dərc edildi: Baxış sayı: 690
Sadıq bəy Əfşar - Şad olamazmı bilür bir qəmi-aləm nə imiş
Şad olamazmı bilür bir qəmi-aləm nə imiş,
Mən ki, qəm həmdəmiyəm, mən bilürəm qəm nə imiş.
Mən ni qədr çü avarə olam kuyindən,
Bilür ol ləhəzatın qədri ki, həmdəm nə imiş.
Ey soran lütfilə matəmzədələr əhvalın,
Bəzmi məndin xəbər al, anla ki, matəm nə imiş.
Yürəgim qan oluban tutdu gözüm rəhgüzərin,
Şimdi bildüm səbəbi-əşki-dəmadəm nə imiş.
Sadiqi birgə xərabatnişin ortamudur,
Qəsri-qeysər nədürü səltənəti-Cəm nə imiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət