Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saçların pis uzanmasının ən yayılmış səbəbləri

Saçların pis uzanmasının ən yayılmış səbəbləri
Sakura

Saçların pis uzanmasının ən yayılmış səbəbləri

Uzun və qalın saçlar hər qadının arzusudur. Lakin bəzən qadın saçlara bütün lazım olan qulluq etsə də saçları pis uzanır.

Bunun bəzi daxili və xarici səbəbləri ola bilər.

Saglamolun.az sizə bu səbəbləri ilə tanış edir:

1. Qanazlığı

Qadınlar arasında qanazlığı ən yayılmış pozulmalardan biridir. Əgər saçınız zəifdir və gec uzanırsa, qanda hemoqlobinin səviyyəsini yoxlayın.

2. Yuxunun az olması

Yuxu hormonu olan melatonin saçların uzanmasına təsir edir. İnsan az yatırsa saçların uzanması prosesi də ləngiyir.

3. Pəhrizlər, pis qidalanma

Balanslaşdırılmamış pəhrizlər və natamam qidalanma gözəl saçların əsas düşmənləridir. Saçınız pis uzanırsa qidalanmanızda yumurta, süd məhsulları, zeytun yağı, balıq, qoz-fındıq kimi məhsulların miqdarını artırın.

4. İrsiyyət

Maraqlıdır ki, irsiyyət də saçların uzunluğuna təsir edir. Qadın saçlarını uzatmaq  istəsə də onlar uzunluqda sanki "dayanır". Bəzi qadınlarda bu 40 sm, digərlərində 70 sm və bundan çox ola bilər.

5. Qalxanvari vəzi problemləri

Qalxanvari vəzinin fəaliyyətində pozulmalar saçların uzanmasına və vəziyyətinə ciddi təsir edir.

6. Saçların tez-tez kəsilməsi

Bəzi qadınlar belə hesab edir ki, saçların tez uzanması üçün onları hər ay bir qədər kəsdirmək lazımdır. Lakin bu yanlış fikirdir. Saçlar orta hesabla 1 ay ərzində 1-2 sm uzanır. Əgər siz saçınızı hər ay kəsdirirsinizsə, bu saçların uzanmasına mane olur.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR