Slimfit
  1. MARAQLI

Saçlarımızı necə yumalı?

Saçlarımızı necə yumalı?
Sakura

Saçlarımızı necə yumalı?

Hər birimiz tez-tez saçlarımızı yuyuruq. Bəs saç yuyulmasının doğru qaydasını bilirik?

Mütəxəssislərin ən doğru saç yumaqla bağlı tövsiyələrini sizlərlə bölüşürük:

Əvvəlcə saç yaxşıca isladılmalıdır.
Bu köpükləndirmək üçün deyil. Köpüyün əslində təmizləyici bir xüsusiyyəti yoxdur, insanlar sevdiyi üçün təmizləyici vasitələrə əlavə edilir. Şampunun saçlara bərabər şəkildə yayılması üçün saçları çox yaxşı islatmaq lazımdır.

Şampunun miqdarına diqqət edin.
Saçlarınız qısadırsa az, uzun saçlısınızsa bir az çox şampun istifadə etməlisiniz. Çox şampun saça faydadan çox zərər verə bilər.

Şampun xəfifcə köpürdülməli, əks təqdirdə kəpək yarada bilər.
Saç diblərini dırnaqlasanız ölü dərini qaldıra və kəpək yarada bilərsiniz. Çox toxunmaq saç diblərindəki yağ qatını oyadər və bu da erkən yağlanmasına səbəb ola bilər. Bir az həssas davranmaq lazımdır.

Duş üçün nəzərdə tutulan saç fırçalarından istifadə edə bilərsiniz.
Bu fırçalar saçların tökülməsinin qarşısını alır və duşdan sonra saçları daramağa ehtiyac olmur.

Saç uclarının şampuna ehtiyacı yoxdur, uclarını həmən durulaya bilərsiniz.
Bir çox məşhur modellər saç uclarını şampunlamır. Təbii sprey, tüstü, şəhərin tozu saç uclarını kirlədir, amma dibləri qədər yox. Saçı köpürdərkən ucları tez təmizlənir, bu səbəbdən də çox yumağa ehtiyac olmur.

Şampun saçda 1-2 dəqiqə saxlanılmalıdır.
Saç ucları həmin dəqiqə durulana bilər, amma saç diblərinin şampuna ehtiyacı var.

Şampun və saç kremi saçdan yaxşıca təmizlənməlidir.
Saçlarınızı bir dəfədən çox şampunlayırsınızsa hər dəfə diqqətli durulamaq şərt deyil, ancaq duşdan çıxmadan öncə dibləri yaxşıca yuyulmalıdır. Əks halda saç dibləri tıxana bilər.

Saçlarınızı yumşaq dəsmalla qurulamalı, fensiz olmursa aşağı istiliyi seçməlisiniz.
Mütəxəssislərə görə dəsmal ən ideal üsuldur, amma xəstələnməkdən qorxursunuzsa aşağı istilikli fen istifadə edə bilərsiniz. Beləcə saç dibləriniz xəsarətlər, ucları yanma və qırılma kimi problemlərlə daha az qarşılaşar.

 
 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR