Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saçları sabunla yumaq olarmı?

Saçları sabunla yumaq olarmı?
Sakura

Saçları sabunla yumaq olarmı?

Bu sual bir çox insanı maraqlandırıq. Bəzilər belə hesab edir ki, sabun saçları daha yaxşı təmizləyir, yumşaq və qalın edir.

Lakin ekspertlərin fikrinə görə, sabun saçları yumaq üçün heç də yaxşı seçim deyil. Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, sabun saçları və saç dərisini qurudur  və bu da saçların vəziyyətinə yaxşı təsir etmir. Həmçinin sabun çətinliklə yuyulur və saçların üzərində sanki tutqun qat qalır, ki bu da saçların görünüşünü korlayır.

Kimsə deyə bilər ki, keçmişdə nənələrimiz saçlarını yalnız sabunla yuyurdu, ancaq onların saçları indiki qadınların saçlarından qat-qat daha sağlam və qalın idi.

Burada bir neçə məqam var. İlk növbədə nənələrimiz daha ekoloji təmiz şəraitdə yaşayırdı, həm də o vaxt sabun təbii xammaldan istehsal olunurdu, müasir sabun isə sırf kimyəvi məhsuldur.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR