Dərc edildi: Baxış sayı: 482
Saçları ilə bağlı vərdişi qızı xəstəxanalıq etdi
Əməliyyat zamanı qızın qarnından üç kiloqram saç çıxıb.
“Newsflare”nin məlumatına görə, hadisə Hindistanın Uttar-Pradeş ştatında qeydə alınıb.
15 yaşlı Şivani cəmi 29 kq çəkisi ilə öz həmyaşıdlarından çox-çox geri qalıb. Xəstəxanada yoxlanış zamanı onun qarnında külli miqdarda saç topası müəyyən edilib. Həzm prosesinə mane olan da məhz bu tük yığını imiş.
Sən demə, Şivani uşaq vaxtından öz saçlarını çeynəmək kimi zərərli vərdişə sahib olub.
Nəticədə, həkimlər qızı əməliyyat etmək qərarına gəliblər.
Yad cisimlər çıxarıldıqdan sonra qız bir müddət xəstəxanada yatıb. Yenidən eyni problemlə üzləşməmək üçün qız bu zərərli vərdişindən əl çəkməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət