Saçlar niyə vaxtından tez ağarır?
Bir çox xanımlar saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimi qəbul edirlər. Bu həqiqətən belədirmi? Bu təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlara, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur.
Bəs bu prosesin cavan yaşlarda əmələ gəlməsini necə qəbul etmək lazımdır?
Tibb sahəsində vaxtından əvvəl saçların ağarması, yalnız saçların 50%-nin 40 yaşa qədər ağarması və ya ağ saçların 30 yaşdan əvvəl əmələ gəlməsi hallarında qəbul edilir.
Saçın rəngi onun mərkəz hissəsi olan – beyin maddəsi ilə təyin olunur. Beyin maddəsinin tərkibi, melanisidlər – saç soğanaqlarında yaranan xüsusi hüceyrə olan az saylı piqment və qaz qabarcıqlarından ibarətdir.
Piqmentin sayından asılı olaraq saçlar müxtəlif rəngdə olur: açıq, şabalıdı, kürən və qara. Ağarmış saçlarda piqment olmur, onlar yalnız hava qabarıcıqlarından ibarət olurlar.
Zamanla saçlarda piqmentlərin sayı azalır, qabarcıqları sayı isə artır. Piqmentlərin maksimal boyama vaxtı yetkin yaşlara təsadüf edir. Bu səbəbdən saçlar uşaq vaxtı daha açıq, yaşlandıqca isə ağarmaya doğru gedirlər. Piqmentlərin – kifayət qədər möhkəm olmağına baxmayaraq, onlar da ətrafdan olan təsirdən qısmən dağıla bilirlər. Məsələn: kimyəvi maddə (bu zaman saçların rəngi solur) və ya günəş radiasiyası (saçlar yanır) kimi hallarda.
Saçlar niyə tez ağarmağa başlayır?
Əksər hallarda bu problem genetik olaraq keçicidir. Bu kimi problemin sizdə nə zaman yaranmasını bilmək üçün, valideynlərinizə baxmanız kifayətdir. Əgər valideynlərdən biri bu problemlə tez üzləşibsə, o zaman sizdə də bu problem çox güman ki olacaq.
Bundan əlavə isə, vaxtından tez saçların ağarması irsi olmayan faktor və bir çox xəstəliklərilə əlaqəli ola bilər:
– Qalxanvarı vəzin disfunksiyası
– Vitiliqo (piqmentasiyanın pozulması)
– B12 vitamini çatışmazlığı
– Anemiya
– Stess və əsəb sarsıntısı
Stress, güclü qorxu və sinir sarsıntısı zamanı qana böyük miqdarda adrenalin hormonu atılır, o isə digər xüsusiyyətlərindən əlavə damarların yığılması effektini yaradır. Saç məməciyinin arteriyasının spazmı pozulur və nəticədə saç soğanaqlarının hüceyrələrinin qidalanması tamamən pozulur. Bu vəziyyətdə boyama piqmentinin yaranması təmamilə dayana bilər. Lakin bu prosesi o zaman deyil,o saç töküləndən sonra yenisi ilə əvəz olunduğu zaman müşahidə etmək mümkün olacaq.
Son zamanlar müasir vasitələrin artması ilə əlaqədar bu mövzuda da yenilik olan vasitələr peyda olmaqdadır. Lakin əgər bu problemin həlli tapılsa idi, o zaman planetimizdə ağarmış saçı olan insanlar olmazdı. Bu kimi problemin qarşısını yalnız sadaladığımız bir neçə xəstəliyin əlaməti olduğu zaman dərhal almaq olar. Digər hallarda bu proses qaçılmazdır…
Bu problemə bir başa aparan stress və əsəb sarsıntılardan uzaq olmağa çalışın.
Mənbə: Gencaile.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət