Slimfit
  1. MARAQLI

Saçınız 1 günə yağlanırsa... - Dermatoloq ən ucuz reseptləri açıqlayır

Saçınız 1 günə yağlanırsa... - Dermatoloq ən ucuz reseptləri açıqlayır
Sakura

Saçların yağlanmasını sadə üsullarla aradan qaldırmaq olar

Saçların yağlanmasını sadə üsullarla aradan qaldırmaq olar.
 
Medicina.az xəbər verir ki, paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bunun yolunu açıqlayıb.
 
"Saçların tez yağlanması çox vaxt problem doğurur, lakin əslində yağlanma saçlarda deyil, baş dərisində baş verir. "Bu, tük folekulları ilə yanaşı yerləşən piy vəzləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində yaranır. Düzgün qulluqla saçları sağlam, elastik və gözəl etmək olar” deyən dermatoloq reseptlər də təqdim edir:
 
"3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su tökülərək minalanmış qabda ağzı bağlı vəziyyətdə 15 dəqiqə qaynadılır, soyudulur və süzülür, dəmləmə səliqə ilə baş dərisinə sürtülür, 20-30 dəqiqədən sonra yuyulur.
 
1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırandan sonra saçlar qarışıqla bir neçə dəfə isladılır, sonra yuyulur və yaxalanır. Lakin bunu dərinin xardala qarşı reaksiyası olmadığı halda etmək lazımdır”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR