Slimfit
  1. MARAQLI

Saçı tökülənlərin diqqətinə: Mütləq bu qidalardan istifadə edin

Saçı tökülənlərin diqqətinə: Mütləq bu qidalardan istifadə edin
Sakura

Saçı tökülənlərin diqqətinə: Mütləq bu qidalardan istifadə edin

Stress, düzgün qidalanmama və sair kimi səblərdən saçlarımız tökülür. Saç tökülməsinin qarşısını almaq və hətta yeni saç çıxmasını təmin etmək olduqca asandır. Saç tökülməsi əsasən irsi səbəblərə görə baş verir, lakin qidalanma nəticəsində yaranan vitamin və mineral çatışmazlığının da saç tökülməsinə səbəb olduğu bilinir. Bəs, qidalanma səbəbindən saç tökülməsinin qarşısını almaq üçün nə edilməlidir?

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, saçınız səbəbsiz yerə tökülürsə, başqa bir xəstəliyin əlaməti ola bilər. Buna görə də həkimə müraciət etməyiniz tövsiyə olunur.

Saçınız irsi səbəblərə görə tökülürsə, qidalanmanızı tənzimləməklə onu dayandırmaq mümkün deyil. Ancaq düzgün qidalanma proqramı ilə saçlarınızın daha sağlam və yavaş tökülməsinə nail ola bilərsiniz.

Dəmirlə zəngin olan yaşıl yarpaqlı tərəvəzlər dəmir çatışmazlığı səbəbindən saç tökülməsini dayandıra bilər. Dəmir çatışmazlığı anemiyasının xarakterik bir əlaməti saçların incə olması və tökülməsidir.

Dəmir çatışmazlığı qanda oksigen səviyyəsini aşağı salır, saç follikullarındakı orqanlara və hüceyrələrə kifayət qədər oksigen daşıya bilməməsinə səbəb olur.

Bir çox meyvə güclü immunitet sistemi üçün zəruri olan C vitamini ilə zəngindir və antioksidan təsiri göstərir.

C vitamini bədəninizdə infeksiyaların qarşısını alsa da, istilik, günəşin zərərli şüaları və havanın çirklənməsi səbəbindən zərər görən saçların sağlamlığını qoruyur.

Portağal, qreypfrut, qarpız və çiyələk kimi C vitamini ilə zəngin olan meyvələrlə saçınızı daha sağlam edə bilərsiniz.

Quru meyvələr saç tökülməsini zəiflədən E vitamini, yağ turşuları və kükürdlə zəngindir. Qoz, fındıq, badam kimi quru meyvələr saçlara təbii parıltı verir.

Saçların uzanmasına kömək edə, kalsium və zülalla zəngin olan qatıq həm də həzm üçün köməkçi olan bakteriyalar ehtiva edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR