Saç düzümü insanların iş həyatına təsir edirmiş
Bəzən kişilərin də saçının iş həyatlarına təsir etdiyi deyilsə də, bu, kişilərdə qadınlara nisbətən daha az müşahidə olunur
Aparılan araşdırmalar göstərir ki, iş həyatında xarici görünüş də böyük rol oynayır.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, insanın iş həyatına saç düzümü də təsir edir. Ona görə də, işinizə uyğun saç düzümü seçməlisiniz. Hətta saç rəngini də işinizə uyğunlaşdırmalısınız. Əgər bunu etməsəniz, qeyri-peşəkar kimi qəbul ediləcəksiniz.
Texas Universitetinin akademiki Mari Angela Bak və onun rəhbərlik etdiyi qrup tərəfindən araşdırma aparılıb. Araşdırma 400 jurnalist qadın arasında keçirilib. Onların fotoları araşdırılıb. Qadınların 98.5 faizinin düzgün saç kəsimindən istifadə etdiyi məlum olub. Bu qadınların əksəriyyətinin saçı sarı olub, eləcə də saç düzümləri bir-birinə bənzəyib.
Bəzən kişilərin də saçının iş həyatlarına təsir etdiyi deyilsə də, bui, kişilərdə qadınlara nisbətən daha az müşahidə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət