Dərc edildi: Baxış sayı: 471
Sabiq MMA döyüşçüsü bir neçə qətl törətməkdə şübhəli bilinir
Sabiq MMA döyüşçüsü Sedrik Marks bir kişini və iki qadını öldürməkdə şübhəli bilinir.
“Associated Press” xəbər verir ki, Marks 2009-cu ildə uşağının anasını öldürməkdə ittiham edilir.
Bundan əlavə, sabiq döyüşçünün ötən il rəfiqəsini və naməlum bir kişini qətlə yetirdiyi ehtimal edilir.
Qeyd edək ki, S.Marks 1999-2018-ci illərdə peşəkar rinqdə çıxış edib. Onun hesabında 31 qələbə və 28 məğlubiyyət var.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət