Dərc edildi: Baxış sayı: 311
Sabah Bakıdan beynəlxalq təşkilatlara mesajlar ünvanlanacaq
Sabah Azərbaycanda itkin və girov düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, konfransda bir çox xarici qonaqlar, keçmiş baş nazirlər iştirak edəcək. O bildirib ki, konfransda beynəlxalq təşkilatlara mesajlar ünvanlanacaq. Bu məsələyə beynəlxalq səviyyədə diqqət artırılmalıdır. BMT-də bu istiqamətdə mexanizm yaradılmasına ehtiyac var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət