Dərc edildi: Baxış sayı: 255
Saakaşviliyə görə mənə təzyiq edirlər - Prezident
Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, ona Avropa Parlamentindən təzyiqlər edilir, sabiq prezident Mixail Saakaşvilinin əfv olunmasını istəyirlər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zurabişvili gürcü və xarici KİV nümayəndələrinə müsahibəsində danışıb.
“Avropa Parlamentindən və müxtəlif yerlərdən təkliflər və təzyiqlər var. Onlara dedim ki, heç bir təzyiq altında qərar verməyəcəm. Mən həm daxildən, həm də kənardan təzyiqləri nəzərdə tuturam”, - o vurğulayıb.
Qeyd edək ki, Avropa Parlamenti dəfələrlə Zurabişvilini Saakaşvilini əfv etməyə çağıran qətnamələr qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət