Slimfit
  1. DÜNYA

Saakaşvilinin təqdimatı hələ verilməyib - Rada sədri

Saakaşvilinin təqdimatı hələ verilməyib - Rada sədri
Sakura

Saakaşvilinin təqdimatı hələ verilməyib - Rada sədri

Ukrayna Nazirlər Kabineti Ali Radaya Mixail Saakaşvilinin Baş nazirin müavini postu vəzifəsinə təyinatı ilə bağlı təqdimatı hələ verməyib.

Axar.az xəbər verir ki, bunu Ali Radanın sikeri Dmitri Razumkov bildirib.

“Ali Radanın gələn həftə keçiriləcək növbədənkənar iclasının dəqiq tarixi ilə bağlı məlumat yoxdur. Məndə olan məlumata görə, deputatlar növbədənkənar iclasın keçirilməsi ilə bağlı müraciət edəcəklər. Fikrimcə, bu baş tutsa belə, gələn həftənin sonu olacaq. Nazirlər Kabineti tərəfindən kadr təyinatları ilə bağlı hələ bizə müraciət olunmayıb“, - Razumkov bildirib.

Razumkovun sözlərinə görə, bu gün parlement fraksiyaları arasında Nazirlər Kabinetinin kadr təyinatlarına müxtəlif baxışlar var.

Qeyd edək ki, Ali Radanın Saakaşvilinin təyinatına 30 apreldə baxacağı haqda məlumat yayılıb.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR