Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Rusların Azərbaycana axını başlayır?

Rusların Azərbaycana axını başlayır?
Sakura

Rusların Azərbaycana axını başlayır?

Rusiya prezidenti Vladimir Putinin Gürcüstana birbaşa reysləri dayandırmasının və rusiyalı turistlərin bu ölkəyə səhayətdən çəkinmək barədə çağırışının nəticəsi olaraq Gürcüstana Rusiyadan turist axını 60-70 faiz azala bilər.

Virtualaz.org xəbər verir ki, bu haqda “Rosturizm”in rəhbəri Zarina Doquzova bildirib. Onun sözlərinə görə, turistlər Gürcüstan əvəzinə Rusiyanın cənub kurortlarına, habelə Azərbaycana və Ermənistana üstünlük verə bilərlər.

Doquzova qeyd edib ki, rusiyalı turistlər Gürcüstana səfərlər üçün əsasən təyyarə marşrutlarını seçirdilər, onların 70-7 faizi hava yolu ilə Gürcüstana gedirdi. Ona görə də birbaşa aviadaşımaların dayandırılmasından sonra turist axını kəskin azalacaq. Gürcüstana avtobus reysləri arta bilər, amma bu artım əhəmiyyətli olmayacaq.

Habelə “Rosturizm”in rəhbəri etiraf edib ki, rusiyalılar Gürcüstana əvvəlcədən bron etdikləri turlardan imtina etməyə tələsmirlər. Turların ləğv edilməsi baş verir, amma belə hallar tək-təkdir.

Digər xəbərə görə Xabarovsk sakinləri yay tətillərini Gürcüstanda keçirmək planlarına yenidən baxırlar. Uzaq şərq regional turizm assosiasiyasının rəhbəri Valentina Aseyeva deyib ki, Gürcüstanda qastronomik turların olduğunu və bu turların populyarlıq qazandığını bilir. Lakin indi adamar gözəl təbiəti, dənizi, müalicəvi vannaları olan Azərbaycana və ya Ermənistana üz tutacaqlar.

Xəbər verildiyi kimi Gürcüstanda rusiyalı deputat Sergey Qavrilovun spikerin kreslosunda oturmasına etiraz olaraq güclü etirazlar başlayıb. Müxalifət tərəfdarları parlamentə hücum edib, təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində yüzlərlə adam yaralanıb. Bir neçə yüz adam həbs olunub. Etirazları yatırmaq üçün spiker istefa verməli olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR