Slimfit
  1. DÜNYA

Ruslar Antalyanı ələ keçirir

Ruslar Antalyanı ələ keçirir
Sakura

Ruslar Antalyanı ələ keçirir

İldə 15 milyondan çox turist qəbul edən Türkiyənin Antalya şəhərində yaşayan əcnəbilərin sayı 102 min 643 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun hesabatında bildirilib.

Məlumata görə, Antalyada yaşayan əcnəbilər arasında ruslar çoxluq təşkil edir. Ötən il bu şəhərdə yaşayan rusların sayı 10 minə yaxın idisə, 31 dekabr 2019-cu ilin statistikasına əsasən, onların sayı 16 min 724-ə çatıb.

Siyahıda 2-ci və 3-cü yerləri iranlılarla almanlar bölüşür. 9778 iranlı və 9224 alman yaşamaq üçün Antalyanı seçib. Sonrakı yerlərdə iraqlılar, qazaxlar, qırğızlar, ukraynalılar gəlir.

Bu şəhərdə yaşayan azərbaycanlıların sayı isə 5061 nəfər təşkil edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR