Slimfit
  1. MEDİA

Ruslan Vəliyev - Abituriyentlər ADAU-nu nə üçün seçməlidir

Ruslan Vəliyev - Abituriyentlər ADAU-nu nə üçün seçməlidir
Sakura

Ruslan Vəliyev - Abituriyentlər ADAU-nu nə üçün seçməlidir

İqtisadiyyatımızda prioritet istiqamət olan aqrar sektor ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında gördüyü işlər bu gün də davam edir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin də universitetin inkişafında rolo danılmazdır. Kənd Təsərrüfatı naziri hörmətli İnam Kərimovun son illərdə universitetə etdiyi səfərlər və hər birində tələbələr ilə səmimi görüşməsi, aqrar gəncliyi təhsilində dahada məsuliyyətli edir. Son illərdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib. Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir.

Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən Azərbaycanın ən böyük tədris korpusu və sayı iki olan hər biri 520 yerlik tələbə yataqxanaları-“Tələbə evləri” bütün sadalananlara tam cavab verir.

Hər iki tələbə evinin və yeni tədris binasının açılışında açılışında Ölkə başçısı Möhtərəm cənab Prezidentimiz İlham Əliyev özü şəxsən iştirak edib. Qeyri-neft sektorunda böyük rolu olan kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının ölkəmiz üçün mühüm əhəmiyyəti də danılmazdır. Hal-hazırda ADAU-nun bakalavriat səviyyəsində olan ixtisaslar, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və digər kənd təsərrüfatı təyinatlı ixtisasları üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmçinin aqronomluq, baytarlıq, marketinq və digər ixtisaslarda tədris ingilis və rus dillərində olan quruplarda var. ADAU aqrar təhsilin təbliği layihəsi çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında universitetin rektoru İbrahim Cəfərovun iştirakı ilə məktəblərdə olur, məktəblilər ilə görüşür, onlara universitet haqqında məlumat verilir. Gəncə və ətraf rayonlarında olan məktəblilər isə öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər ki, bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası formalaşır. Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib. Univeristetdə bakalavr ixtisasları ilə yanaşı magistratura ixtisaslarınada qəbul planı xeyli yüksəlmişdir. Bu il magistr ixtisaslaşmalarında ən yüksək qəbul planı qeydə alınmışdır. Universitetdə tələbələrə diqqət və qayğı yüksək səviyyədədir. Konkret faktlar da deyilən fikiri təsdiq edir. Sessiya imtahanlarının çoxu əsasən komputer vasitəsilə test formasında qəbul edilir ki, bu da şəffaflığın və obyektivliyin tam təmin olunması deməkdir.

Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda noutbuk, smart-lövhə, proyektor, mikroskop, plotter, elektron tərəzi və digər avadanlıqlar alınaraq tələbələrin istifadəsinə verilib. Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə son illərdə tələbələr üçün ödənişsiz xarici dil, komputer və start up kursları yaradılıb. Bunlarla yanaşı tələbə təşkilatlarının təşkilatçılığı ilə müxtəlif növ oyunlar, debatlar, innovasiya müsabiqələri, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə fəxri fərmanlar və pul mükafatları verilir. Son imtahan sessiyalarında imtahanları “əla” qiymətlərlə başa vuran tələbələrin sayı əvvəlki sessiyaların nəticələri ilə müqayisədə yüksəkdir və bu da tələbələrin təhsilə marağının və məsuliyyətinin daha da artmasını göstərir. Universitet rəhbərliyinin də vurğuladığı kimi ADAU təkcə aqrar mütəxəssis yetişdirmir, eyni zamanda cəmiyyət üçün layiqli vətəndaş, vətənpərvərlik hisləri yüksək olan qəhrəman oğul və qızlar yetişdirir. Universitetə yüksək bala qəbul olan tələbələrə yüksək məbləğdə təqaüd və hədiyyələrin verilməsi və bu kimi stimullaşdırıcı tədbirlər də tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır. Hal-hazırda ADAU-da aylıq 500 azn-ə qədər yüksək təqaüd alan tələbələr var. Tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadəsinin təmin edilməsində istehsalat təcrübələrinin böyük rolu danılmazdır. Bu baxımdan universitetin Təcrübə və Karyera Mərkəzi dövlət və özəl sektoru əhatə edən qabaqcıl şirkət, müəssisə və təsərrüfatlarla işgüzar əlaqələr yaradır, müqavilələr bağlayır və tələbələrin təcrübə proqramlarında iştirakına dəstək göstərir. 

2009-cu ildən başlayaraq ənənəvi olaraq universitetdə hər il məzun yarmarkaları - karyera sərgiləri keçirilir. Məhz son olaraq 2022-ci ildə ADAU-nun Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarmarkada dövlət və özəl sektoru əhatə edən respublikanın ən böyük şirkət, müəssisə və təsərrüfat nümayəndələri iştirak edib, məzunlara çoxlu sayda iş yeri təklif olunub. Məzun yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi şəxsən iştirak edir. Professor-müəllim heyəti arasında yaşlı və fiziki cəhətdən zəif olanların cavan və perspektivli gənclər hesabına möhkəmləndiriliməsi istiqamətində aparılan gənc kadr islahatlarıda bu gün qarşıda duran əsas məsələlərdəndir. Son illər bu sahədə müəyyən işlər görülüb, hazırda da qətiyyətlə davam etdirilir. Magistraturanı və doktoranturanı müvəffəqiyyətlə bitirən, müasir innovativ düşüncə tərzinə malik, xarici dil bilikləri olan gənclərin pedaqoji işə cəlb olunması da çox vacib məsələlərdəndir. Mütəxəssis hazırlığının keyfiyyətini daha da yüksəltmək üçün universitetdə müvafiq şöbələrin fəaliyyətidə danılmazdır. Belə tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Milli mentalitet baxımından da tələbə-müəllim münasibətləri universitetdə daha fərqlidir, rektor özüdə daxil olmaqla hər bir əməkdaş tələbələr xüsusi həssaslıqla yanaşır, hər bir tələbə daim diqqət mərkəzində saxlanılır. Burada tələbələrə qayğı, diqqət daha qabarıqdır. Hər hansı bir məsələ ilə əlaqədar tələbə müraciət etdiyi halda, ona dekanlıqlar səviyyəsində də, şöbələr səviyyəsində də operativ və diqqətlə yanaşılır. Bütün bu diqqət və qayğıya görə keçirilən tədbirlərdə tələbələr ölkə başçımıza öz minnətdarlıqlarını bildirirlər. Qarşıda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir. Axı, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kifayət qədər münbit iqlimə, zəngin təbii resurslara malikdir.

Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı bu gündə ən vacib məsələlərdəndir. Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarımızın açarıdır. Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti həmişə olduğu kimi, bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sadiqliyini qoruyacaq, qarşıda duran yüksək vəzifələri uğurla yerinə yetirəcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR