Slimfit
  1. MEDİA

Ruslan Vəliyev : 15 iyun - Qayıdışdan Qurtuluşa gedən yol

Ruslan Vəliyev : 15 iyun - Qayıdışdan Qurtuluşa gedən yol
Sakura

Ruslan Vəliyev : 15 iyun - Qayıdışdan Qurtuluşa gedən yol

Həqiqətən 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün ən mühüm tarixlərdən, qürur hissi ilə qarşılanası günlərdən biridir. Çünki məhz Milli Qurtuluş Günü sayəsində müasir dünya dövlətləri sırasında sayılan-seçilən indiki  nüfuzlu, güclü, müstəqil Azərbaycan dövləti mövcud olmuşdur.  Müasir Azərbaycan dövləti özünün  siyasəti ilə bu gün beynəlxalq aləmdə nümunə olacaq bir dövlətdir. Eləcə də, bu gün dünyanın böhranlı şəraitində uğurlu o vaxt ki, uğurlu siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir.

Aydındır ki, Azərbaycan bugünkü səviyyəyə elə də asan gəlib çatmayıb, ölkəmiz çox çətin dövrlərdən keçib. Bildiyimiz kimi, SSRİ-nin  dağılması ilə müstəqil respublikalar yarandı. SSRİ-nin dağılması prosesi bəzi respublikaların daxilində müəyyən gərginliklər ilə müşayiət olundu. Həmin prosesləri təhlil edəndə görürük ki, ən mürəkkəb proseslər məhz  Azərbaycanda baş verib. Ermənistan tərəfi Azərbaycan  torpaqlarının 20 faizini işğal etdi və bunun nəticəsində də bir milyondan çox insan öz doğma yurdlarından qaçqın və  məcburi köçkün vəziyyətinə düşdü. Çox təəssüf olsun ki, o dövrdə xalqımız çox ağır günlər yaşadı.

O vaxt ki, Azərbaycan rəhbərliyinin həm daxili, həm də xarici siyasəti uğursuzluqla nəticələnmişdir. Ölkəmizdə daxili çəkişmələr güclənmiş, özbaşnalıqlar artmışdı. Eyni zamanda o vaxt ki,  hakimiyyətin məsuliyyətsiz  bəyanatları Azərbaycanın xarici siyasətdə də uğursuz nəticələr əldə etməsinə gətirib çıxarmışdır.

Ölkədə xaos güclənirdi, daxili çəkişmələr böyüyür, xarici müdaxilələr sürətlənirdi. Xalqın artıq gücü qalmamışdır.

Həmçinin AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı. 

Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi.

AXC rəhbərliyinin o illərdə Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur.

Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.

Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü.

Ümumilli liderimiz Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, ölkədə sabitlik təmin edildi,         Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı, ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı, iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi, iqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi, həmçinin vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı, ordu quruculuğunda mühüm addımlar atıldı.

Ümumilli lider tək daxili siyasəti nəzarət altına almadı, o, eyni zamanda xarici siyasətidə uğurla nizama saldı. Heydər Əliyevin ikitərəfli və çoxtərəfli görüşləri, intensiv xarici səfərləri nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu, dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı, Sonrakı illərdə də Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. 

Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında  misilsiz xidmətlərindən bəhs edərkən onun müstəqil dövlətçiliyimizin əsaslarının gücləndirilməsi ilə bağlı tarixi və əvəzolunmaz xidmətlərini də ayrıca vurğulamaq lazımdır. Məhz Ulu öndərin gərgin əməyi sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu, müstəqil dövlətimizin ilk Konstitusiyası yaradıldı, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyəti üçün əsaslı zəmin yaradıldı və Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləməyə başladı.

Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları əsasında inkişaf edir. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır.

Bu gün ölkə başçımız cənab İlham Əliyev Ümumilli liderimizin ali siyasətini uğurla davam etdirir. Bu gün Azərbaycan Respublikası dünyanın inkişaf etmiş dövlətləri arasındadır. Bu gün Azərbaycan ən mötəbər dövlət tədbirlərinə, böyük idman yarışlarına ev sahibliyi edir. Bu gün Azərbaycan böyük təşkilatlarda təmsil olunur, böyük təşkilatlara liderlik edir. Əldə edilən bütün bu uğurlar 15 İyun - Milli Qurtuluş Günü zamanında olan uğurlu siyasətin nəticəsidir!

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR