Slimfit
  1. AZƏRBAYCAN

Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə – 30 faiz vergi qoyuldu

Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə – 30 faiz vergi qoyuldu
Sakura

Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə – 30 faiz vergi qoyuldu

"Rusiya poçtu" dünyanın istənilən ölkəsindən Rusiya ərazisinə daxil olan beynəlxalq bağlamalara 30 faiz vergi qoyub.

Enter.News "Azərpoçt" MMC-yə istinadən məlumat verir ki, bu verginin ödənişi poçt göndərişi gömrüyə daxil olanda həyata keçiriləcək.

Federal gömrük xidməti 500 avrodan çox dəyəri olan gömrüyə daxil olan göndərişlərin 1/3-i məbləğində dövlət rüsumu ödənilmədiyi təqdirdə onların buraxılmasına icazə verməyəcək.

Əgər Rusiya sakini müəyyən vaxt müddətində dövlət rüsumunu hər hansı səbəblərə görə ödəməzsə, gömrük bağlamanı onu göndərən ölkəyə geri qaytaracaq.

Bundan başqa, maksimum çəkiyə görə məhdudiyyət artıq dəyişdirilib, yəni 31 kq limit qoyulub. Bu limit keçildiyi təqdirdə, hər bir əlavə 1 kq üçün 4 avro ödənilməlidir. Beləliklə, başqa ölkələrdən hər hansı artıq çəkili əşyanın alınıb Rusiyaya çatdırılması əsla sərfəli deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR