Slimfit
  1. SİYASƏT

Rusiyanın yardım maşını 2 gündür Bərdədə gözləyir

Rusiyanın yardım maşını 2 gündür Bərdədə gözləyir
Sakura

Rusiyanın yardım maşını 2 gündür Bərdədə gözləyir

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir. Ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  hələ də keçid baş tutmayıb.

Artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.

Eyni zamanda, əldə etdiyimiz məlumata görə, Laçın sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı gözləmədədir. Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ separatçıları bu yükü də qəbul etmək istəmirlər. Çünki bu halda Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı paralel olaraq həm də Ağdam yolundan Əsgəran istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər.

Beləliklə, Qarabağ separatçılarının tamamilə qeyri-adekvat davranışı göz önündədir. Onlar Rusiyadan, eləcə də, Beynəlxalq Qızıl Xaç Komitəsindən yükləri qəbul etmək fikrində deyillər.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu ümumilikdə 1 TIR yük göndərilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR