Slimfit
  1. HƏRB

Rusiyanın ilk İl-112-si təqdim edildi

Rusiyanın ilk İl-112-si təqdim edildi
Sakura

Sosial şəbəkələrdə Rusiyanın ilk hərbi-nəqliyyat təyyarəsi İl-112V-nin təqdimat mərasimindən görüntülər…

Sosial şəbəkələrdə Rusiyanın ilk hərbi-nəqliyyat təyyarəsi İl-112V-nin təqdimat mərasimindən görüntülər yayılıb.

Axar.az xəbər verir ki, İl-112V yüngül hərbi-nəqliyyat təyyarəsi beş ton ağırlığında silah və hərbi texnika, yük və şəxsi heyətin, habelə ticari əməliyyatlar zamanı geniş çeşidli yüklərin daşınması üçün nəzərdə tutulub. Gələcək perspektivdə İl-112V-nin daşınma effektivliyi baxımından 2 dəfə üstələdiyi An-26 təyyarəsini əvəz etməkdən əlavə, bu sinifdən olan digər nəqliyyat təyyarələri ilə də rəqabətə girə biləcəyi bildirilir.

Təyyarənin ilk uçuşunun bu ilin sonuna qədər baş tutacağı gözlənilir.

Qeyd edək ki, bir qədər əvvəl yeni yüngül hərbi nəqliyyat təyyarəsinin ilk modelinin uçuş testləri aparılması üçün təhvil verildiyi açıqlanmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR