Slimfit
  1. DÜNYA

Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin sirri açıqlandı

Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin sirri açıqlandı
Sakura

Rusiyanın Ermənistana yeni nəsil təyyarələri göndərməsinin sirri açıqlandı

Rusiya Ermənistandakı Erubini hərbi hava bazasına 18 ədəd Su-30SM təyyarəsi yerləşdirməyi planlaşdırır. Bu rəsmi təsdiqini tapmasa da, təyyarələrin yaxın dövrdə Ermənistana gətiriləcəyi və bazadakı AN-29 təyyarələri ilə əvəz ediləcəyi deyilir. Buna paralel olaraq, Ermənistanın müdafiə naziri David Tonoyan 2020-ci ilin əvvəlində Rusiyadan 4 ədəd S-30SM təyyarəsi alacaqlarını bildirib.

Publika.az 
xəbər verir ki, rusiyalı hərbi ekspert Pavel Felqenqauer Rusiyanın Ermənistana göndərəcəyi Su-30SM təyyarələrinin Azərbaycana qarşı olmadığını bildirib.

“Rusiyanın Ermənistandakı hərbi bazasında əhəmiyətli müasirləşdirilmə başlandı. Erubuni bazasına Cənubi Qafqazda həmişə NATO-ya qarşı müdafiə kimi baxılıb. İndi hərbi baza yenilənir, əhəmiyyətli dərəcədə müasirləşdirilir və bu, NATO ilə potensial qarşıdurmaya hesablanmış addımdır. Bu addımlar cənub cinahında Rusiya qoşunlarının imkanlarını gücləndirəcək”, - deyə hərbi ekspert qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR