Dərc edildi: Baxış sayı: 427
Rusiyanın ən nüfuzlu şəxsləri - Siyahı
Məşhur “Forbes” jurnalı Rusiyanın 100 ən nüfuzlu şəxsinin reytinqini hazırlayıb. FaktXəbər bildirir ki, siyahıya prezident Vladimir Putin başçılıq edir.
İkinci yerdə “Sberbank”ın sədri German Qref, üçüncü “Qazprom”un rəhbəri Aleksey Miller və dördüncü “Rosneft”in baş icraçı direktoru İqor Seçin qərarlaşıb.
Beşinci yeri baş nazir Dmitri Medvedev tutub.
Bundan başqa ilk onluqda Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikov, Rusiya Dəmir Yolları İdarəsinin baş direktoru Oleq Bolozerov, “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərovun da adına rast gəlmək olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət