Rusiyanın Azərbaycandakı səfirliyindən koronavirusa yoluxan şəxslə bağlı Açıqlama- Audio
Bu barədə REN TV-yə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Alina Zolotareva bildirib.
“Azərbaycan tərəfi həmin vətəndaşın rusiyalı olduğunu təsdiqləyib. Biz Azərbaycan tərəfi ilə əlaqədəyik, lazım gələrsə hər bir Rusiya vətəndaşına olduğu kimi ona da köməklik göstərəcəyik”.
Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.
Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır.
İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib.
Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət