Slimfit
  1. DÜNYA

Rusiyalı politoloq: “Döyüşlər Paşinyanın oğlunun ordudan tərxis olunmasından üç gün sonra başladı”

Rusiyalı politoloq: “Döyüşlər Paşinyanın oğlunun ordudan tərxis olunmasından üç gün sonra başladı”
Sakura

Rusiyalı politoloq: “Döyüşlər Paşinyanın oğlunun ordudan tərxis olunmasından üç gün sonra başladı”

Azərbaycan-Ermənistan sərhədində gərginlik Ermənistan baş naziri Nikol Paşinyanın oğlunun ordudan tərxis olunmasından üç gün sonra başlayıb.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gazeta.ru saytında dərc olunan məqalədə yazılıb.

“Müşahidəçilər qeyd edirlər ki, Azərbaycanla toqquşma Ermənistan baş nazirinin oğlu Aşot Paşinyanın ordudan tərxis edilməsindən üç gün sonra baş verdi. Hökumət başçısının tənqidçiləri bu məqamı təsadüfi saymayaraq, N.Paşinyanın hərbi-siyasi qərarlar verərkən tez-tez şəxsi maraqlarını ön plana çəkdiyini bildirirlər.

Belə ki, A.Paşinyanın xidmətdə olduğu bir il ərzində hərbi situasiya sabit idi və o, hərbi xidmətini başa vurduqdan sonra vəziyyət kəskin dəyişdi”, - məqalədə qeyd olunub.

Məqalə müəllifi hesab edir ki, təxribatların əsl məqsədi N.Paşinyanın erməni əhalisinin fikrini daxili problemlərdən yayındırmaqdır.  

“Baş nazir Ermənistandakı iqtisadi böhranın öhdəsindən gələ bilmədi. Vətəndaşlarına hər hansı bir uğurlu nailiyyətini nümayiş etdirə bilməyən N.Paşinyan açıq siyasi təxribatlara əl atdı”, - Rusiya İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, politoloq Andrey İvanov məqaləsində qeyd edib.

Fikrinin sonunda politoloq bildirib ki, bu yolla Ermənistanın baş naziri əhalinin diqqətini bu günə qədər yığılıb qalan daxili problemlərdən, o cümlədən, iqtisadi problemlərdən yayındırmağa çalışır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR