Slimfit
  1. AZƏRBAYCAN

Rusiyalı ekspert: Azərbaycan hərbi neytrallıq, ölkələrin dinc mövcudluğu və sabitlik flaqmanına çevrilir

Rusiyalı ekspert: Azərbaycan hərbi neytrallıq, ölkələrin dinc mövcudluğu və sabitlik flaqmanına çevrilir
Sakura

Rusiyalı ekspert: Azərbaycan hərbi neytrallıq, ölkələrin dinc mövcudluğu və sabitlik flaqmanına çevrilir

 

Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı iqtisadi, siyasi və imic baxımından düşünülmüş addımdır.

Bunu Trend-ə rusiyalı ekspert İvan Pyatibratov deyib.

Onun sözlərinə görə, bu amil bir neçə məna kəsb edir:

“İqtisadiyyat baxımından Azərbaycan Qoşulmama Hərəkatında iştirakı ilə bəyan edir ki, NATO kimi iri bloklar qarşısında hər hansı bir hərbi öhdəliyi yoxdur. Bu ismarıc Azərbaycanı xarici investisiyalar və iqtisadi əməkdaşlıq üçün daha cəlbedici edir, çünki mövcud və potensial investorlar üçün siyasi risk səviyyəsi azalır. Siyasi baxımdan hər hansı hərbi-siyasi təşkilata qoşulmama Azərbaycana daha müstəqil və çoxvektorlu xarici siyasət keçirməyə imkan verir”.

Ekspert bildirib ki, həm NATO-da, həm də KTMT-də iştirak etməmək Azərbaycana həm ABŞ, həm də Rusiyay ilə siyasi əməkdaşlıq etməyə imkan verir:

“Üçüncüsü, bu addıma ölkənin regionda və dünyada imicinin artmasına xidmət edir. Azərbaycan artıq uzun müddətdir ki, regionda aparıcı iqtisadi və siyasi hab olmaq üzərində işləyir. Ölkənin həm Avropa, həm Asiya, həm də Yaxın Şərqə aid olması faktı Azərbaycanın çoxsaylı geosiyasi maraqların kəsişsməsində yerləşdiyini göstərir və bu maraqlar heç də hər zaman üst-üstə düşmür. Bu şəraitdə “tərəf seçmək”, yəni hansısa hərbi təşkilata daxil olmaq Azərbaycan hab qismində cəlbediciliyini azaldardı. Amma indi, Azərbaycan bir neçə il Qoşulmama Hərəkatına sədrlik edəndə, yuxarıda sadalanan amillər daha çox səmərə verə bilər. Azərbaycan bir müddət hərbi neytrallıq, ölkələrin dinc mövcudluğu və sabitlik flaqmanı olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR