Dərc edildi: Baxış sayı: 540
Rusiyalı deputat illər əvvəl şaxtada atılmış qızı övladlığa götürüb
NTV kanalında qonaq olan Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov maraqlı etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, millət vəkili Özbəkistandan olan qadının 5 il əvvəl dünyaya gətirərək çölə atdığı qızı övladlığa götürdüyünü deyib. 6 uşağı olan Milonov bildirib ki, onlardan 3-nü övladlığa götürüb. Himayəsinə aldığı sonuncu uşaq isə Yevdokiya olub. 2014-cü ildə Peterburqda işlədiyi restoranların birinin tualetində qız uşağı dünyaya gətirən ana onu şaxtalı havada skamyalardan birinin üstünə qoyaraq tərk edib.
Xoşbəxtlikdən uşaq donmadan tapılıb. Hazırda 5 yaşı olan Yevdokiya gimnastika ilə məşğul olur. Milonov övladlarının heç biri arasında fərq qoymadığını deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət