Slimfit
  1. DÜNYA

Rusiyalı astroloqdan mistik aura ilə əhatəli 29 fevral gününə özəl tövsiyyələr...

Rusiyalı astroloqdan mistik aura ilə əhatəli 29 fevral gününə özəl tövsiyyələr...
Sakura

Rusiyalı astroloqdan mistik aura ilə əhatəli 29 fevral gününə özəl tövsiyyələr...

Dörd ildə bir dəfə baş verən 29 fevral tarixi mistik aura ilə əhatə olunub. Astroloqların fikrincə, 366 gündən ibarət olan il sıçrayış ili adlanır. Bu günü isə, dörd ildən bir yaşayırıq. Bu, təqvim illərinin astronomik illərlə üst-üstə düşməsi üçün lazımdır. Yer Günəş ətrafında 365 gün, 5 saat və 49 dəqiqə ərzində tam dövr edir. Bu zaman dörd il ərzində “əlavə” günlər yaranır. 29 fevral təqvimdə belə görünür.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,Rusiyalı astroloq Mariya Orlovanın fikrincə, hər sıçrayış ilində karmamızın müəyyən nəticəsi, yəni son üç ildəki hərəkətlərimiz yekunlaşdırılır. Və bu nəticə hər bir fərdin, dövlətin və bütövlükdə dünyanın bu dövrü necə yaşadığından asılıdır.

“Belə illərdə biz sadəcə olaraq öz əməllərimizin əvəzini ödəyirik, başqa heç nə yoxdur. Əgər insan düzgün yaşayırsa, həyatın, kainatın qanunlarını pozmursa, onun qorxacağı heç bir şey olmamalıdır”-deyə rus astroloq qeyd edib.

Orlovanın fikrincə, karma təkcə hər bir insanda deyil, həm də şəhərlərdə və ölkələrdə mövcuddur. Astroloq hesab edir ki, insanlar kollektiv karmanın olduğunu bilməlidir.

Son sıçrayış illəri: 1940, 1944, 1948, 1952, 1956, 1960, 1964, 1968, 1972, 1976, 1980, 1984, 1988, 1992, 1904, 1902, 2002, 2016, 2020, 2024.

“Əgər sıçrayış ilində anadan olmusunuzsa, biz sizi ancaq təbrik edə bilərik. Başqa illərdə doğulanlardan fərqli olaraq, sizin üçün boş bir gün var - bu, çox şeydir. Astrologiya nöqteyi-nəzərindən belə insanlar eyni güc “ehtiyatı”na, həyati enerjiyə, ən əsası daha çox imkanlara malik olurlar. Onları həyatda istifadə edib-etməməyiniz sizə bağlıdır. Ancaq açıq şəkildə potensial var. Xüsusilə, 29 fevralda anadan olmuşunuzsa, bu daha uğurlu gündür”-deyə astroloq qeyd edib.

Astroloqun maraqlı tövsiyyələri var:

    Əgər hər hansı bir borcunuz varsa, onları mümkün qədər tez ödəməlisiniz. Bu, istənilən razılaşmalara, maliyyə vəziyyətlərinə, yalanlara, aldatmalara və fırıldaqlara, hətta başqa insanlarla bağlı mənfi düşüncələrinizə də aiddir.

    Həyatın istənilən sahəsində öyrənməli və əməl etməli olduğunuz əsas iş, sözünüzü tutmaq və buna görə məsuliyyət daşımaqdır. Bu qaydalara əməl edən şəxslər cəzalandırılmayacaqlar.

    Fevralın 29-dan sonrakı həftələr, çətin olacaq.

    Bu dövr üçün vacib plan qurmağa çalışmayın.

    Etik normaları pozmayın. Hər hansı şübhəli və natəmiz hərəkətlər sizin üçün böyük nəticələrə səbəb olacaq.

    Valideynlərinizə, daha çox vaxt ayırmaq da vacibdir. Mübahisə edirsinizsə, barışın, münasibətləri yaxşılaşdırın və köhnə inciklikləri bağışlayın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR