Dərc edildi: Baxış sayı: 370
Ermənistana qaz nəqli dayandırılıb
Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı “Qazprom Armeniya” şirkətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, sentyabrın 24-dən 26-dək ölkəyə qaz verilməyəcək. Gürcüstanın Qaznəqliyyatı şirkəti “Qazprom Armeniya”nı məsələ ilə bağlı məlumatlandırıb.
Məlumata görə, Şimali Qafqaz-Cənub Qafqaz qaz kəmərində təmir-bərpa işləri aparıldığından mavi yanacağın nəqli müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, bu xətt vasitəsilə Rusiyadan Ermənistana qaz ötürülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət