Dərc edildi: Baxış sayı: 410
Rusiyadan Azərbaycana elektrik qatarları işləyəcək
Dağıstanın paytaxtı Mahaçqala şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları xəttə buraxılacaq.
Bu barədə qərar Dağıstan hökumətinin iclasında verilib.
İclas zamanı “Dağıstan ərazisində 2019-2021-ci illər üçün əhaliyə şəhərətrafı dəmiryol nəqliyyatı xidmətinin təşkil olunması barədə” müqavilə təsdiq olunub.
Bu sənəd Mahaçqala-Xasavyurt, Mahaçqala-Dərbənd və Mahaçqala-Azərbaycan sərhədi istiqamətləri üzrə sərnişin daşımalarını nəzərdə tutur.
Bundan başqa, iclas zamanı gələcəkdə Dərbənd-Azərbaycan sərhədi istiqamətində sərnişin daşımaları məsələsini hazırlamaq barədə razılıq əldə olunub.
Mənbə: Bizplus
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət