Rusiyada yeni peşə yaranacaq
Yaxın 10 ildə Rusiyada yeni peşə - pilotsuz nəqliyyat vasitələri ilə qəza vəziyyətlərinin nizamlanması üzrə komissar yaranacaq.
Agentliyin həmsöhbəti açıqlayıb ki, yeni mütəxəssislər pilotsuz avtomobillərin hərəkətlərini qiymətləndirəcək və qəza zamanı mübahisəli vəziyyətlərdə qərar qəbul edəcək.
“Gələcək peşəkarlar üçün fən siyahısına təbii, texniki və ictimai elmlər daxil olacaq. Gələcək hakimlər üçün ən dəyərli səriştələr kritik düşüncə, qərar qəbulunun yüksək sürəti, həmçinin rəqəmsal savadlılığın olmasıdır”, - onlar belə hesab edirlər.
“Avtonet” ekspertləri pilotsuz nəqliyyat vasitələrinin nizamlanması sahəsində hüquq elmi və yeni hüquq üzrə yeni ixtisaslaşmanın yaranacağını gözləyirlər.
Lazımi səriştələri nəzərə almaqla “gələcəyin peşəsi”nin konsepsiyası və təsnifatının hazırlanması Rusiyanın iqtisadiyyatı və innovativ inkişafı üzrə prezident şurasının rəyasət heyətinin qərarı ilə təsdiq olunmuş yol xəritəsinə daxildir.
2020-Ci ilə qədər mütəxəssislərin hazırlanması üzrə innovativ proqramları hazırlayacaq və tətbiq edəcək ali təhsil müəssisələrinin siyahısı açıqlanacaq.
Mənbə: Ria.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət