Slimfit
  1. DÜNYA

Rusiyada taksi xidmətiylə bağlı yenilik

Rusiyada taksi xidmətiylə bağlı yenilik
Sakura

Rusiyada taksi xidmətiylə bağlı yenilik

Baş nazir Dmitri Medvedev müavini Maksim Akimova özüməşğul taksi sürücülərinin fərdi sahibkar kimi uçota durmadan öz avtomobilindən isitifadə etmələrinə icazə verilməsi barədə tapşırıq verib.Fins.az -ın məlumatına görə, "Yandeks.Taksi" və "Mail.ru Group"un yüksək vəzifəli rəhbərlərinin Baş nazirlə görüşü barədə məlumatda bildirilir ki, özüməşğul sürücülər üçün nəqliyyat qanunvericiliyində müəyyənləşdirilmiş bəzi normaların sadələşdirilməsi ilə bağlı təklif hökumət başçısı tərəfindən nəzərə alınıb. Hazırda Rusiyada özüməşğul sürücülərin taksi xidməti göstərmələri üçün avtomobillərə icazə alınmasında müəyyən məhdudiyyətlər mövcuddur. Bunun ucbatından, hətta vergi xidmətində qeydiyyata alınmış və vergilərini vaxtlı-vaxtında ödəyən sürücülər belə, əlavə olaraq fərdi sahibkar statusu almaq məcburiyyətindədirlər. "Taksi xidməti göstərənlər üçün bu, əlavə ödənişlər və bürokratik əngəl deməkdir və özüməşğul şəxslər üçün vergi rejimi imkanlarını dəyərsizləşdirir", - "Yandeks.Taksi" xidmətinin açıqlamasında qeyd edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR