Dərc edildi: Baxış sayı: 790
Rusiyada qəfil hərbi yoxlama başlayıb
Rusiyada Prezident Vladimir Putinin qərarı ilə Cənub və Qərb Hərbi Dairələrinin, mərkəzi tabeçilikdəki ayrı-ayrı birləşmələrinin, Hava-Desant Qüvvələrinin və Şimal və Sakit okean donanmalarının dəniz piyadalarının qəfil yoxlanışı həyata keçirilir.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Cənub Hərbi Dairəsinin və Qərb Hərbi Dairəsinin qoşunlarının yoxlanışı Rusiya Silahlı Qüvvələrinin cənub-qərbdə təhlükəsizliyi təmin etmək və “Qafqaz-2020” təlimlərinə hazırlıq qabiliyyətini qiymətləndirmək üçün aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət